Xaçmazda ev yandı - 90 yaşlı qadın öldü - Video

xacmazda-ev-yandi
Oxunma sayı: 123

Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.