18 yaşlı gəncdən doqquz gündür xəbər yoxdur - Foto - Yenilənib

18-yasli-gencden-doqquz-gundur-xeber-yoxdur
Oxunma sayı: 2132

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, o, aprelin 27-si yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

N.Quliyevin əlamətləri belədir: boyu 173 sm, gözləri qonur rəngdə. Evdən çıxdığı zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) zəng vuraraq məlumat vermələri xahiş olunur.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Bakı şəhərində olduğu yer müəyyən olunub və tapılaraq yaxın qohumlarına təhvil verilib.

Surxay Şahbazov