Matçın adamı da o seçildi - Foto

matcin-adami-da-o-secildi
Oxunma sayı: 314

DÇ-2026-da Özbəkistanla matçdan sonra Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo qarşılaşmanın ən yaxşı oyunçusu (“matçın adamı”) seçilib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı ulduz vurduğu 2 qolla bu nailiyyətə sahib çıxıb.

Təcrübəli hücumçu görüşün 6 və 38-ci dəqiqələrində rəqib qapısına yol tapmağı bacarıb.

Bununla yanaşı, Portuqaliya yığmasının kapitanı dünya çempionatı tarixində unikal bir uğura imza atıb. Ronaldo mundiallar tarixində iştirak etdiyi bütün oyunlarda qol vuran yeganə oyunçu olaraq yeni bir rekorda sahib çıxıb.