İş görən zaman traktorun altında qalıb öldü

is-goren-zaman-traktorun-altinda-qalib-oldu
Oxunma sayı: 589

İsmayıllıda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsi ərazisində olub.

Belə ki, Sumqayıt şəhər sakini, Əfəndiyev Əyyub İslam oğlu (1970-ci il) iş görən zaman traktorun altında qalıb ölüb.

İlkin məlumata görə, hadisə zamanı kişinin ayağı traktorun zəncirinə ilişib. Bundan sonra faciə qaçılmaz olub.