30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib

30-yasli-kisini-qetle-yetirmekde-subheli-bilinen-sexs-saxlanildi
Oxunma sayı: 8583

Bu gün Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 07:00 radələrində rayonun R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinənin saxlanılması istiqamətində tədbirlər görür.

***

Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***

DİN-in mətbuat xidmətindən əlavə olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu saxlanılıb.