ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü

abs-de-yurus-eden-gencler-qar-firtinasina-dusub-oldu
Oxunma sayı: 369

ABŞ-də bir dağda iki yürüşçü donaraq həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Post” məlumat yayıb.

Belə ki, oktyabrın 30-da Koloradodan olan tələbələr “Ice Mountain” massivinə qalxmaq üçün yola düşüb və bundan sonra onlardan xəbər kəsilib. Xilasedicilər sonradan müəyyən ediblər ki, əslən Nyu-Yorkdan olan 20 yaşlı Cekson Donlon və 19 yaşlı Kaden Matsuda qar fırtınasına düşüblər.

Onların cəsədləri digər dağçılar tərəfindən dağ çökəkliyində aşkar edilib.