Bakı sakininə vintaçan (“atvyorka”) ilə ağır xəsarət yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində baş verib.
1996-cı il təvəllüdlü Canbaba Osmanov deşici alətlə 1992-ci il təvəllüdlü Toğrul Əhmədova zərbə endirib. Nəticədə alət T.Əhmədovun qarın boşluğuna daxil olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polisin keçirdiyi tədbirlərlə C.Osmanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər