4 yaşlı uşaq traktorun altında qalıb öldü - Atası idarə edirmiş

4-yasli-usaq-traktorun-altinda-qalib-oldu
Oxunma sayı: 2341

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

 “Qafqazinfo” Report”a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.