Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, noyabrın 29-da Ə.Vəliyevin 80 yaşı tamam olur. O, hazırda Odlar Yurdu Universitetinin rektorudur.
Son xəbərlər
Son Xəbərlər