43 yaşlı kişi evdə ölü tapıldı

43-yasli-kisi-evde-olu-tapildi
Oxunma sayı: 2085

Sumqayıtda 43 yaşlı kişi evdə ölmüş vəziyyətdə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Betonzavod ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

43 yaşlı Ə.Atakişiyevin ölüm səbəbi hələ dəqiqləşməyib. Meyit tibbi ekspertiza üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlayıb.