ABŞ İrana xəbərdarlıq etdi

abs-irana-xeberdarliq-etdi
Oxunma sayı: 3159

ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib:

“Biz İran hökumətinə açıqladıq ki, onlar bu insidentdən ABŞ qoşunlarına və ya ABŞ-nin regiondakı aktivlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməlidirlər. Onlar vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar”.