ABŞ müdafiə naziri ilə cəbhədəki vəziyyəti müzakirə etdilər

abs-mudafie-naziri-ile-cebhedeki-veziyyeti-muzakire-etdiler
Oxunma sayı: 1705

Ukraynanın müdafiə naziri Rustem Umerov və ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Pentaqon rəhbəri Lloyd Ostin ilə danışıb.

“Qafqazinfo” xəbər verir ki, Umerov bu barədə feysbukda məlumat verib.

O bildirib ki, söhbət zamanı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclasına hazırlıq müzakirə olunub. Umerov Ostinə cəbhədəki əməliyyat vəziyyəti ilə bağlı aktual məlumatlar verib.

Bundan əlavə, Ukraynanın orta və qısamüddətli ehtiyacları və konkret müraciətləri müzakirə edilib.