“ABŞ müharibə əvəzinə bu yolu seçməlidir”

abs-muharibe-evezine-bu-yolu-secmelidir
Oxunma sayı: 305

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni müharibə əvəzinə “sağlam düşüncə yolu”nu seçməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Ümid edirik ki, ABŞ ağıl və sağlam düşüncə yolunu seçəcək. Lakin onlar yenidən hərbi həll yollarına əl atsalar, biz hər zamankından daha yaxşı hazırıq və özümüzü müdafiə etmək üçün zəruri olan bütün tədbirləri görəcəyik” - deyə Əraqçi bildirib.

O əlavə edib ki, təzyiq siyasəti və yeni məhdudiyyətlərin tətbiqi tamamilə səmərəsiz olduğunu sübut edib, çünki Vaşinqton həm hərbi münaqişədə, həm də diplomatiyada məğlubiyyətə uğrayıb.