ABŞ növbəti zərbəni Yəmənə endirəcək - KİV

abs-novbeti-zerbeni-yemene-endirecek
Oxunma sayı: 2319

Xəbər verdiyimiz kimi, ABŞ İordaniyada hərbi bazasına hücuma cavab olaraq İraq və Suriyada hədəflərə zərbə endirib.

“Qafqazinfo”nun “Politico”ya istinadən məlumatına görə, adı açıqlanmayan iki amerikalı rəsmi ABŞ-nin Suriya və İraqdan sonra Yəmənə zərbələr endirməyi planlaşdırdığını bildirib. 

“Daha çox zərbə gözlənilir, növbəti hədəflər Yəməndə olacaq”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, yanvarın 28-i Suriya və İordaniya sərhədində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Nəticədə 3 amerikalı hərbçi həlak olub.