ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynanın adı açıqlanmayan qurumunun ehtiyacları üçün təxminən 86 min dollar dəyərində iPhone17 smartfonlarının alınması ilə bağlı müqavilə bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin müvafiq hökumət sənədinə istinadən “RİA Novosti” yayıb.
Bildirilib ki, həmin müqavilə sentyabrın 10-da Ukraynanın “C.T. Line LLC” şirkəti ilə bağlanıb. Sənədlərdə alınacaq smartfonların dəqiq sayı qeyd olunmayıb.
Bununla belə, ABŞ-də iPhone17 smartfonlarının minimal qiyməti 899 dollar təşkil edir, buna görə də, müqavilənin qiyməti nəzərə alınmaqla təqribən 95 ədəd belə telefon alınacağı güman edilir.
Son xəbərlər
Son Xəbərlər