ABŞ və Britaniya husilərin mövqelərini vurdu

abs-ve-britaniya-husilerin-movqelerini-vurdu
Oxunma sayı: 1385

ABŞ və Britaniya hərbçiləri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Al Masirah” telekanalı məlumat yayıb.

 “Amerika-Britaniya təcavüzü Səada şəhərinə qarşı yönəlib”, - məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən ərazi Yəmənin şimal-qərb hissəsində yerləşir və orada 70 minə yaxın insan yaşayır.