ABŞ və Çin liderləri yeni görüş keçirəcək

abs-ve-cin-liderleri-yeni-gorus-kecirecek
Oxunma sayı: 1661

Çin sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden San-Fransisko yaxınlığında apardıqları danışıqlarda yeni şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

Kirbi əlavə edib ki, görüşlə bağlı hələ dəqiq tarix təyin olunmayıb.