ABŞ və Kanada arasındakı körpüdə güclü partlayış olub - Ölənlər var+Video

abs-ve-kanada-arasindaki-korpude-guclu-partlayis-olub
Oxunma sayı: 2440

ABŞ və Kanada arasındakı körpüdə güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, hadisə Niaqara şəlaləsi üzərindəki Göy qurşağı körpüsündə avtomobilin partlaması nəticəsində olub.

Partlayış dalğası bir neçə avtomobili ətrafa atıb.

“Fox News”un məlumatına görə, avtomobildə olan iki nəfər ölüb, sərhədçi yaralanıb.

Səlahiyyətlilərin körpünü hər iki istiqamətdə bağladığı bildirilir.

Hadisə yerindən olan görüntülərdə yanğın və qatı tüstü görünür.