AÇ-2024-ün pley-off mərhələsinin püşkü atıldı

ac-2024-un-pley-off-merhelesinin-pusku-atildi
Oxunma sayı: 3437

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar bəlli olub.

A Yolunda Polşa – Estoniya, Uels – Finlandiya, B yolunda İsrail – İslandiya, Bosniya və Herseqovina – Ukrayna, C Yolunda Gürcüstan – Lüksemburq və Yunanıstan – Qazaxıstan görüşləri baş tutacaq.

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.