Acun dəbdəbəli malikanənin sahibini açıqladı - Fotolar

acun-debdebeli-malikanenin-sahibini-aciqladi
Oxunma sayı: 9486

Türkiyəli aparıcı-prodüser Acun İlıcalı “Survivor 2020” yarışmasının iştirakçılarının dincəldiyi və “Dominikanın ən gözəl evi” adlandırdığı malikanənin sahibinin adını açıqlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Acun “Könüllülər” komandası ilə söhbəti əsasında villanın amerikalı reper Pitbulla (Armando Kristian Peres Akosta) məxsus olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl malikanənin Mark Entoniyə aid olduğu iddia edilirdi.