ADY-də növbəti təyinat - Foto

ady-de-novbeti-teyinat
Oxunma sayı: 3322

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub. 

Bu barədə “Qafqazinfo”ya qurumdan məlumat verilib. Bildirilib ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.

F. Hüseynov “Azərpoçt” MMC-də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində və digər qurumlarda çalışıb. ADY-də karyerasına 2022-ci ildə başlamış F. Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.