“Milan” “İnter”i darmadağın edib finala çıxdı - Video

milan-interi-darmadagin-edib-finala-cixdi
Oxunma sayı: 3947

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Milan” üz-üzə gəlib.

Görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını finala yazdırıb.

İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək.