“İstifadə olunan qazın 70%-i isitmə məqsədlidir”

istifade-olunan-qazin-70-i-isitme-meqsedlidir
Oxunma sayı: 959

“Bu gün ölkədə istifadə olunan qazın 70%-i, təqribən 2, 7 milyard kub metri isitmə məqsədlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Elektrik enerjisi 1.75 milyard kilovat-saat, mərkəzi istilik 1.35 milyard kilovat-saat istifadə olunur. Ümumilikdə ölkənin istilik tələbatı üçün 28 milyard kilovat-saat enerji sərf olunur”, - deyə İlham Mirzəliyev bildirib.

Nuranə Daxilqızı