Şəhid atası vəfat etdi - Foto

sehid-atasi-vefat-etdi
Oxunma sayı: 4331

2021-ci ildə Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olmuş Elçin Əliyevin atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin atası Əliqardaş Əliyev yaşadığı Şirvan şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elçin Əliyev dövlət sərhədi istiqamətində törədilən təxribat zamanı həlak olub və ölümündən sonra bir neçə medalla təltif edilib.