Zəlzələni hiss edən kimi oğlunun yanına qaçdı - Video

zelzeleni-hiss-eden-kimi-oglunun-yanina-qacdi
Oxunma sayı: 7810

Türkiyəli məşhur aktrisa Fulya Zenginer İstanbulda baş verən zəlzələyə sosial media üçün video çəkərkən yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa zəlzələni hiss edən kimi dərhal oğlunun yanına qaçıb.

Görüntüləri sosial media hesabında paylaşan Zenginer, “Çox silkələmədi, şişirdirsiniz deyənlər fikrini dəyişə bilər... Sadəcə video çəkirdim, çox pis silkələndik. Hamımıza keçmiş olsun, inşallah hər kəs yaxşıdır”, - deyib.