“Neftçi” kubokdan kənarlaşdırıldı - “Sabah” finalda

neftci-kubokdan-kenarlasdirildi
Oxunma sayı: 2729

Futbol üzrə Azərbaycan kubokunda digər finalçı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, sonuncu finalçının adına “Sabah” - “Neftçi” matçından sonra aydınlıq gəlib.

İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn “Sabah” cavab matçında üstünlüyünü qorumağı bacarıb. Cavab qarşılaşması 1:1 hesabı ilə başa çatdığından Masazır təmsilçisi finala adlayıb.

“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.