AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələdi

affa-intizam-komitesi-premyer-liqanin-3-klubunu-cerimeledi
Oxunma sayı: 1194

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, çempionatın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər. 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manatlıq cəriməyə məruz qalıb.