Ağdaşda ev yanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Ağdaş rayon Güvəkənd kəndində, 1970-ci il təvəllüdlü Baxışov Zülfüqar Zilhar oğluna məxsus fərdi yaşayış evində baş verib.
Yanğın yerinə Ağdaş rayon DYMH nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 169 k/m metr olan 5 otaqlı fərdi yaşayış evinin 127 k/m sahəsi yanıb.
Hadisə zamanı ev sahibinin gəlini 1999-cu il təvəllüdlü Baxışova Şərifəxanım Maksud qızı və onun iki az yaşlı övladları 2022-ci il təvəllüdlü Baxışov Murad Şahmurad oğlu və 2024-cü il təvəllüdlü Baxışov Zülfüqar Şahmurad oğlu üz, bədən nahiyyələrindən yanıq xəsarətləri alıblar.
Yanğının səbəbi araşdırılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər