Ağstafa rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə dair RİH başçısının hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, millət vəkili Azər Əmiraslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı qeyd edib ki, ötən 2025-ci il ölkəmizin müasir tarixində dövlət suverenliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artması baxımından xüsusi əhəmiyyət kəsb edən bir il kimi yadda qalıb.
Respublikamızın sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlər, regionların tarazlı inkişafı, azad edilmiş ərazilərdə həyatın bərpası və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Ölkə Prezidentinin regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının, həyata keçirdiyi uğurlu iqtisadi islahatların nəticəsidir ki, 2025-ci ildə Ağstafa rayonunda infrastruktur yenilənib, abadlıq-quruculuq, yaşıllaşdırma işləri aparılıb, sakinlərimizin rahatlığının təmini məqsədilə layihələrin icrası davam etdirilib.
Prezident Administrasiyasının məsul əməkdaşı Elvin Azadəliyev, Milli Məclisin deputatı Azər Əmiraslanov çıxışlarında qeyd ediblər ki, Azərbaycanın bu inkişaf yolunun təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik konsepsiyası və güclü hüquqi dövlət ideyası dayanır. Bu strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, milli maraqlarını və beynəlxalq mövqelərini qətiyyətlə qoruyaraq ölkəmizi regionun lider dövlətinə və dünyanın nüfuzlu seçilən dövlətinə çevirib.
Sonra Ağstafa Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimov, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanovun məruzələri dinlənilib.
Tədbirdə bir qrup şəxs, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Eyyubova Lalə Sücayət qızı, Ağstafa RMX PHŞ-in Yoluxucu xəstəliklər şöbəsinin müdiri Hadıyeva Faidə Maarif qızı, həkim infeksionist Allahverdiyeva Kəmalə Rauf qızı, Ağstafa rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Böyüşova Aidə Çümşüd qızı, Ağstafa rayonu üzrə KOB dostu Adıgözəlov Cavid Rafiq oğlu, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Bayramov Bəhruz Novruz oğlu, rayon ictimaiyyətinin fəal nümayəndəsi Quliyev Urfan Murad oğlu Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq fəxri fərmanları ilə təltif olunublar.






Son xəbərlər
Son Xəbərlər