Aİ Ermənistana 270, ABŞ isə 65 milyon ayıracaq - Yenilənib

ai-ermenistana-270-abs-ise-65-milyon-ayiracaq
Oxunma sayı: 3270

Avropa Komissiyası Ermənistana 270 milyon avro yardım ayırmaq niyyətindədir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşündən əvvəl mətbuat konfransında deyib. 

“Biz Ermənistan üçün qrant formasında 270 milyon avroluq inkişaf planı hazırlamışıq”, - deyə Leyen qeyd edib.

Onun sözlərinə görə, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq.

***

Mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken isə öz növbəsində qeyd edib ki, ölkəsi Ermənistana 65 milyon dollardan çox yardım ayırmağı planlaşdırır.

O bildirib ki, ABŞ Ermənistan iqtisadiyyatı və dövlət idarəçiliyi sahələri ilə bağlı tədbirlərə sərmayə yatırmaq niyyətindədir.