“Ailə üzvlərim yeni ştama yoluxub” - Aysel Əlizadə

“Ailə üzvlərim yeni ştama yoluxub”
Oxunma sayı: 5557

Müğənni Aysel Əlizadə ailə üzvlərinin Azərbaycanda koronavirusun yeni ştamına yoluxduğunu iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib:

“Çox istərdim sizə yaxşı xəbər verim, təəssüf ki, belə deyil. Ailəmizdə bir neçə insan yeni ştama yoluxub. Ailə üzvlərinizə diqqət yetirin. Evinizdə körpə, yaşlılar varsa, onlar üçün diqqət edin ki, daşıyıcı olmayasız. Buna boş bir xəstəlik kimi yanaşmayın. Çox ağır keçir. Koronavirusa yoluxmuş insanların immuniteti zəifləyir. Bir daha yoluxsam, bilmirəm immun sistemim necə qalib gələcək, amma İnşallah olmaz, yoluxmaram. Reseptin 10 faizini almışam, 200 manatdan çox pul edib. Əgər xəstələnmisinizsə, evdə oturun, çıxıb insanları yoluxdurmayın. Çölə çıxanda vicdanla düşünün ki, bəlkə siz pul qazana bilirsiniz, amma ayda 200-300 manat alan insanların imkanı yoxdur”.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycanda koronavirus infeksiyasının yeni ştamına (“omicron”) yoluxma faktının aşkarlanmadığını bildirib.