Ailəvi istirahətdən fotolarını paylaşdı

ailevi-istirahetden-fotolarini-paylasdi
Oxunma sayı: 1097

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp yay tətilini keçirdiyi İslandiyada çəkilən fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, fotolarda o, həyat yoldaşı Cared Kuşner və 3 övladı ilə birlikdə əks olunub.

Onların iyun ayının sonlarında İslandiyada istirahət etdiyi bildirilir.

Qeyd edək ki, İvanka Tramp və Cared Kuşner 2009-cu ildə ailə qurublar. Cütlüyün Arabella Rouz, Cozef Frederik və Teodor Ceyms adlı 3 övladı var.