Xəbər verdiyimiz kimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında tarixi “Birgə Müdafiə Sazişi” imzalanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib:
“Bu gün Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Məhəmməd bin Səlmanın dəvəti ilə Məkkəyə səfər etdik. Səfər çərçivəsində əziz qardaşlarım Məhəmməd bin Səlman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdük. Bu vəsilə ilə üç ölkə olaraq “Birgə Müdafiə Sazişi” imzaladıq.
Kollektiv çəkindiriciliyi əsas götürən bu saziş təhlükəsizlik və müdafiə əməkdaşlığımızın inkişafına, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorla mübarizəyə mühüm töhfə verəcək. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş müdafiə hüququnu bir daha təsdiqləyən bu saziş heç bir ölkəyə qarşı yönəlməyib və regionumuzun dinc, firavan və sabit gələcəyini hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.
Türkiyə regional sahiblik vizyonuna uyğun olaraq, beynəlxalq hüquqa hörmət əsasında dialoq və diplomatiya yolu ilə münaqişələrin və böhranların həlli istiqamətində prinsipial mövqeyini qətiyyətlə qoruyacaq.
Allaha dua edirəm ki, səfərimiz, məsləhətləşmələrimiz və imzaladığımız müqavilə bütün bölgəmizə xeyir-dua gətirsin”.
Bugün Suudi Arabistan Veliaht Prensi ve Başbakanı Muhammed bin Selman’ın nazik davetine icabetle Mekke-i Mükerreme’ye bir ziyaret gerçekleştirdik.
— Recep Tayyip Erdoğan (@RTErdogan) August 7, 2026
Ziyaretimde aziz kardeşlerim Suudi Arabistan Veliaht Prensi ve Başbakanı Muhammed bin Selman ve Pakistan Başbakanı Şahbaz Şerif’le…
Son xəbərlər
Son Xəbərlər