“Anam məni tanımır” - Video

anam-meni-tanimir
Oxunma sayı: 11366

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səhnədə “Annem Annem” mahnısını ifa edən zaman qəfildən göz yaşlarına boğulub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, anası Faike Başkacirin alzheimer xəstəliyi ilə mübarizə apardığını bildirən Kırmızıgül, kədərini belə dilə gətirib:

“Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Anam alzheimer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki!”.

Anasının onu xatırlamadığını və bunun çox ağrılı olduğunu izah edən Kırmızıgül mahnısını yarımçıq kəsib. Tamaşaçılardan üzr istəyən müğənni daha sonra qaldığı yerdən davam etməyə çalışıb.