Armani vəfat etdi

armani-vefat-etdi
Oxunma sayı: 6806

Dünyaca məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi​ Corco Armani 91 yaşında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “La Repubblica” yayıb.

Son zamanlar modelyerin səhhətinin pisləşməsi barədə məlumatlar yayılırdı.

Armaninin 91 yaşı iyulun 11-də tamam olmuşdu.

“Forbes”in ən son məlumatına görə, italiyalı dizaynerin sərvəti 12,1 milyard dollar təşkil edib.