“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Nyukasl”a qarşı Bakıda keçirəcəyi oyunu “Arsenal”ın skautları da izləyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, London klubunun skautları “Nyukasl”ın heyətindəki iki futbolçu – Sandro Tonali və Lyuis Myalinin oyununu izləmək üçün Bakıya gəlib.
Skautların Azərbaycana gəlməsi “Qarabağ”ın heyətindəki futbolçular üçün də müəyyən şans yaradır.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər