Xəbər verdiyimiz kimi, hazırda DÇ-nin 1/16 final mərhələsində Niderland və Mərakeş milliləri qarşılaşır.
“Qafqazinfo”nun məlumatına görə, Niderland millisinin hücumçusu Kadi Qakpo komandasını hesabda önə keçirən qolun müəllifi olub.
Lakin o, Qakpo topu tora göndərdikdən sonra əllərini göyə qaldıraraq dua edib, daha sonra isə göz yaşlarını saxlaya bilməyib.
26 yaşlı futbolçu qolunu bir neçə gün əvvəl ana bətnində dünyasını dəyişən körpəsinə həsr edib.
Komanda yoldaşları onu qucaqlayaraq təsəlli veriblər.
Qeyd edək ki, futbolçu və həyat yoldaşı bir neçə gün əvvəl sosial şəbəkə hesablarında dünyaya gəlməsini gözlədikləri övladlarını itirdiklərini açıqlamışdılar.





Son xəbərlər
Son Xəbərlər