“Hello” yoxsa, “Hola”?

hello-yoxsa-hola
Oxunma sayı: 267

ABŞ-nin Mayami ştatında ingilis və ispan dillərinin uzun illərdir davam edən qarşılıqlı təsiri nəticəsində yeni dialekt formalaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Miami English” adlandırılan bu dialekt əsasən Cənubi Floridada doğulub böyüyən insanların gündəlik ünsiyyətində istifadə olunur.

Florida Beynəlxalq Universitetinin dilçilərinin sözlərinə görə, yeni dialekt xüsusilə 1959-cu ildə Kubada baş verən inqilabdan sonra bölgəyə köç edən ispandilli icmaların təsiri ilə yaranmağa başlayıb.

Bu danışıq tərzində insanlar ispan dilindəki ifadələri sözbəsöz ingilis dilinə çevirirlər.

Tədqiqatçılar bildirirlər ki, əvvəllər bu ifadələr yalnız ikidilli insanlar arasında işlədilsə də, hazırda ispan dilini bilməyən yerli ingilisdillilər də onları gündəlik danışıqda istifadə etməyə başlayıblar.

Dilçilərin fikrincə, bu, dillərin zamanla tarixi və sosial dəyişikliklərə uyğun inkişaf etməsinin növbəti nümunəsidir.