Həkim-dietoloq Məriyət Muxina yüksək dozada qəhvə qəbulunun ölümcül nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qəhvənin gündəlik təhlükəsiz dozası 400 milliqramdır.
“Bu miqdardan artıq istifadə doza həddinin aşılmasına gətirib çıxara bilər. Aritmiya və taxikardiya səbəbindən hətta ölüm riski də mövcuddur. Qəhvəni yuxudan 6-8 saat əvvəl içmək daha məqsədəuyğundur. Əgər tez yatırsınızsa, saat 16:00-a qədər qəbul edə bilərsiniz. Lakin saat 16:00-dan sonra qəhvə içmək qətiyyən tövsiyə olunmur, bu, ciddi problemlərə yol aça bilər”, – deyə həkim qeyd edib.
Son xəbərlər
Son Xəbərlər