15-17 oktyabr tarixlərində Bakıdakı Expo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2024”ün iştirakçılarından biri də “AS Group” şirkətidir.
Sərgidə şirkət “Qarabağda bərpa edilən ərazilər” və “Kommersiya layihələrimiz” adlı iki hissədən ibarət stendlə iştirak edir.
Stendin “Qarabağda bərpa edilən ərazilər” hissəsində “AS Group” işğaldan azad edilən torpaqlarımızda ilk bərpa edilən ərazi sayılan Zəngilan rayonun Ağalı kəndinin və Füzuli rayonunun Dövlətyarlı kəndinin maketlərini, bu layihələrə aid foto və video materiallarını nümayiş etdirir.
Qeyd edək ki, “AS Group” Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”in layihələndirmə işlərindən başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılmasına kimi işlərin tam icrasını həyata keçirib.
Füzuli rayonunun Dövlətyarlı kəndinin isə layihələndirmə işlərini yerinə yetirib. Stendin “Kommersiya layihələrimiz” adlanan ikinci hissəsində isə “AS Group” Bakının Premium Yaşayış Kompleksi sayılan “Renessans Palace” və Buzovnada yerləşən, İtaliyanın Toskana üslubunda inşa etdiyi “Villa Siena” villa kompleksi, onlar haqqında foto, video məlumatları təqdim edib.
Şirkət eyni zamanda sərgi qonaqlarına dövlət sifarişi ilə yerinə yetirdiyi mülki və sənaye layihələri haqqında ətraflı məlumat verib.
“AS Group” və onun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri haqqında daha geniş məlumat almaq istəyənlər “Xəzər İnşaat Həftəsi 2024” sərgisinə qonaq ola bilər.
Həmçinin www.asgroup.az saytına daxil olaraq “AS Group” şirkəti haqqında ətraflı məlumat əldə etmək mümkündür.