Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü Cavid Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb.
Yeniyetmə ətrafdakı insanların köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Müalicəsini davam etdirmək üçün Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər