Yarım əsrə bərabər ömür sürən, 1976-cı il istehsalı olan “VAZ” avtomobili hələ də ilk günkü kimi göz oxşayır.
“Qafqazinfo” xəbər verir ki, 50 illik tarixi olan nəqliyyat vasitəsinə bu günə kimi hər hansı zavoddan kənar müdaxilə edilməyib.
Avtomobilin sahibi Mehdi Hüseynov ötən ay onun üçün yubiley mərasimi təşkil etdiyini bildirib:
“Bütün detalların hamısı özünündür. Avqustun 21-də bu maşının 50 ili tamam oldu, onun üçün 50 illik yubiley keçirdim. Üzərində gələn kağızlarına kimi hamısı hələ də üstündədir. Maşının pisi yoxdur, sürücünün pisi var”.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər