Avtobusla kommunal xidmət maşını toqquşdu, yaralılar var - Foto

avtobusla-kommunal-xidmet-masini-toqqusdu-yaralilar-var
Oxunma sayı: 3093

Bu gün saat 19 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.