Ukrayna lideri Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna liderinin teleqram kanalında məlumat verilib.
Görüşdə Ukraynada davamlı sülhə nail olmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək üçün addımlar müzakirə olunub.
İki ölkə liderləri həmçinin enerji təhlükəsizliyi, Avropaya inteqrasiya, Avropada seçkilərin nəticələrinin siyasi proseslərə təsiri müzakirə ediblər.
Zelenski Sanduya Ukraynaya verdiyi dəstəyə və Avropaya inteqrasiya prosesində Kiyevə kömək etmək istəyinə görə təşəkkür edib.