“Sinvar və Haniyəni məhv etdiyimiz kimi, onu da...”

sinvar-ve-haniyeni-mehv-etdiyimiz-kimi-onu-da
Oxunma sayı: 2201

“İsrail “Ənsar Allah” (Husilər) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında yazıb.

“Husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlara ağrılı zərbələr dəyəcək. Biz də terrora rəhbərlik edənləri vuracağıq. Qəzzada əd-Deyf və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Haniyə ilə etdiyimiz kimi. Biz Yəməndə Əbdül Malik əl-Husini izləyib məhv edəcəyik. Biz özümüzü hər cür hücuma qarşı müdafiə edəcəyik”, - israilli nazir qeyd edib.