Avtomobil darvazaya çırpıldı - 2 nəfər öldü-Video

avtomobil-darvazaya-cirpildi
Oxunma sayı: 1446

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Mollaoba kəndində “VAZ-2101” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı hasara və dəmir darvazaya çırpılıb.

Nəticədə 1983-cü il təvəllüdlü sürücü Eminağa Həşimov və avtomobildə olan 1993-cü il təvəllüdlü sərnişin Elvin Həşimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş DYP İdarəsindən bildirilib ki, ilkin ehtimala görə hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxmasıdır.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladıb və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırıb.