Azərbaycanda bayram namazı qılındı - Video-Fotolar

azerbaycanda-bayram-namazi-qilindi
Oxunma sayı: 649

Azərbaycan məscidlərində Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin bütün məscidlərində bayram namazında din xadimləri ilə yanaşı, əhali də iştirak edib.

Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə namaz 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-i keçirilir.

Fotoqrafımız Pərvin Zeynalın Maştağa Cümə Məscidindəki bayram namazından lentə aldığı fotoları təqdim edirik: