“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

avrora-qrup-qurban-bayrami-munasibetile-azteminatli-ailelere-bayram-sovqati-catdirib
Oxunma sayı: 157

Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib.

“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək.

Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.