Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
Xatırladaq ki, C.Paşayev 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər