Azərbaycanda ilk dəfə “Caspian Junior Cup 2026” turniri keçirildi - Fotolar

azerbaycanda-ilk-defe-caspian-junior-cup-2026-turniri-kecirildi
Oxunma sayı: 272

Azərbaycanda ilk dəfə yeniyetmələr arasında “Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən “The National Azerbaijan Golf Club”da hotelin təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.

Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.

Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

“Caspian Junior Cup 2026” uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.